Şou-biznes

Demetlə Oğuzhan ayrıldı

27 Dekabr 2021 15:46
0 Şərh     Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur cütlüyü- aktrisa Demet Özdemir və aktyor-müğənni Oğuzhan Koç münasibətlərinə nöqtə qoyub.   

Milli.Az Olay-a istinadən xəbər verir ki, tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn iki tanınmış sima yollarını ayırıb.

"İkinci Sayfa" maqazin proqramının xəbərinə görə, onlar bu barədə yaxın dostlarına məlumat veriblər. 

Qeyd edək ki, ötən il Oğuzhan Koç və Yağmur Tanrısevsin 5 illik münasibətinə son qoymuşdu. Tanrısevsinə aid hər şeyi silən Koç bir müddət sonra Demet Özdemirlə görüntülənmişdi. 

Əvvəlcə sevgili olmadığını deyən cütlük sonradan məlumatı təsdiq etmişdi. Özdemir açıqlamasında "Bəli, yeni il günü fotolarımızın çəkildiyi doğrudur. İndi deyə bilərsiniz ki, yeni il sevgi bombasıdır." 

Oğuzhan Koç da İnstaqramda verdiyi açıqlama ilə münasibətdə olduqlarını təsdiqləmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.