Şou-biznes

Yeni il gecəsi necə geyinməli? - Dianadan ilhamlanın - FOTOlar

24 Dekabr 2021 12:18
0 Şərh     Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllər keçdikcə keçmişə qibtə edir, bəzən də o dövrlərdən bəhrələnirik. Xüsusilə də son illər ötən əsrin dəbdə olan aksesuarlarından, saç düzümlərindən istifadə edilir, retro stilində libaslar geyinilir. 

Elə Yeni il gecəsi üçün də keçmişdən ilhamlanmaq mümkündür. Məsələn, özünəməxsus stili ilə hələ də danışılan mərhum Uels şahzadəsi Dianadan ilhamlana bilərsiniz. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, Leydi Diananın stilindən bir neçə nümunəni təqdim edir.

Əvvəlcə uzun müddətdir istifadə etməyi unutduğunuz parıltıdan və zərlərdən danışaq. Bunları Diananın stilində daim görmək mümkün idi. O parıltını tək rəng üzərində istifadə edir, beləliklə, şıq görünüşə sahib olurdu. Həm də parıltıdan yalnız Yeni İl gecəsi deyil, hər zaman istifadə edə bilərsiniz. 

Bundan başqa, klassik naxışları da yaddan çıxarmayın. Diananın böyük zərifliklə istifadə etdiyi naxışlar sizin üçün həm də xilasedici ola bilər.

Başdan ayağa ipək, məxmər və yun geyimlərin kombinasiyası ilə əsl "Last Cristmas" ab-havasında ola bilərsiniz. Amma Diana kimi aksesuarların parıltılı olmasına və rənglərin canlılığına diqqət edin. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.