Şou-biznes

“Məni qısqananlar olanda xoşbəxt oluram, həm də acığım gəlir" - Xumar

22 Dekabr 2021 18:18
1 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məni qısqananlar olanda xoşbəxt oluram, həm də acığım gəlir. Elə bir adamdan onu görürsən ki,düşünürsən, mən sənə belə deyiləm axı".

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova MTV-də yayımlanan "10-da görüşək" verilişində deyib.

O, hamı tərəfindən sevilməyin düzgün olmadığını bildirib:

"Hamı tərəfindən sevilmək saxtakarlıqdır. O səmimiyyət deyil. Hamı səni məmnunluqla tərifləyirsə, deməli, sən uğur əldə etməmisən. İstedad, xarizma, cazibə bağışlanılmazdır. Xumarın beynində arzular var. Zaman-zaman gah göyə qalxıram, gah yerə çırpılıram. Bir də görürsən kədərlənirəm. Beynim məni rahat buraxmır. Ancaq düşünür".

X.Qədimova sevgilisi olacaq şəxsdə ən vacib xüsusiyyətləri vurğulayıb:

"Həyatımda olan şəxs diqqətli, ləqayətli olmalıdır. Vicdanlı olmalıdır. İnsanın vicdanı varsa, onda bütün gözəl xüsusiyyətlər var. Vicdanı olan insan diqqətli, yalançı olmur, xəyanət eləmir, narahat, məsuliyyətli, sədaqətli, haqlı  olur. Vicdansızdan nə haqq umasan?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.