Xərçənglə mübarizə aparan məşhur aktrisa Canan Ergüderin baş rolunu canlandıracağı "Oğlum" adlı serialda yer alacaq simalardan daha birinin adı bəlli olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktyor Kubilay Aka çəkiləcək. O, layihədə Zeynep obrazına həyat verən aktrisa Songül Ödenin qardaşını canlandıracaq.
Qeyd edək ki, "Show TV"də yayımlanacaq serialda aktyorlar Timur Acar və Serhat Teoman da çəkiləcək.
Kubilay sonuncu dəfə "Cam tavanlar" serialında baş rolu oynayıb.
Milli.Az