Şou-biznes

"Verilişə çağırıb bizi əzməyin" - Aparıcılara səsləndi

18 Dekabr 2021 05:33
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ola bilsin balaca komadan çıxmışam. Sovet dövründə balaca evlərdə böyük ailələr qalırdı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "7 Canlı" proqramında deyib. Müğənni uzun müddətdir gündəmdən düşməyən ev məsələsinə yenidən toxunub.

İbadova aparıcılara səslənərək bunları deyib:

"Şərt deyil hansı evdən çıxıb gəlirəm. Tamaşaçı qarşısında əsas Firuzə kimi onların gözünü oxşayım: sənətimlə, musiqimlə. Verilişə dəvət edərkən illərini sənətə həsr edən insanları əzməyin. Mənim problemim qaldı evdə, efirdə musiqi dili ilə danışacam".

Qeyd edək ki, F.İbadovanın "Günün sədası" verilişində şəraitsiz evdə yaşadığı ilə bağlı süjet nümayiş edilmiş, ifaçı tənqid olunmuşdu. Müğənninin dövlətdən ev istəməsi sosial şəbəkədə qınanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.