Şou-biznes

Röya "Tövbə" dedi - VİDEO

17 Dekabr 2021 18:18
3 Şərh     Baxış: 1 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan Türkiyənin məşhur mahnısını repertuarına daxil edib. Sənətçi Azərbaycanda mərhum Əməkdar artist Zöhrə Abdullayevanın ifası ilə populyarlaşan "Tövbə" mahnısını səsləndirib.

Milli.Az xəbər verir ki, bəstənin hələ Z. Abdullayevanın sağlığında duet şəklində oxunması planlaşdırılsa da, Əməkdar artist vəfat etdiyindən R. Ayxan "Tövbə"ni solo ifa edib.

Sözügedən bəstənin müəllif hüquqları ilə bağlı Hakkı Buluta müraciət olunub, icazəsi alınıb.

Mahnı bütün musiqi platformalarında paylaşılıb.

Qeyd edək ki, "Tövbə"ni Türkiyədə Kibariyə, müəllif olan Hakkı Bulut və başqaları oxuyub.

Zöhrə Abdullayeva isə sözügedən mahnını 1995 -ci ildə ifa edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.