Şou-biznes

“Mənim şəklimi paylaşıb şərhlərə pis şeylər yazırlar” - Brilliant Dadaşova - VİDEO

16 Dekabr 2021 18:06
5 Şərh     Baxış: 1 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova həmkarlarının ona qarşı səmimiyyətsiz münasibətindən danışıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ATV televiziyasında yayımlanan "Günün sədası" proqramına qonaq olan müğənni bəzi sənət adamlarının onun ünvanına sərt ittihamlar səsləndirdiyini və söz atdıqlarını bildirib:

"İnsanlar mənim şəklimi paylaşıb pis bir şey yazanda həmişə deyirəm ki, mən yaxşının ürəyində, pisin ağlında qalıram. İndi bəzi oxuyanlar var, mənə söz atırlar, bilirlər ki, cavab verməyəcəm. Mənim haqqımda yalan fikir formalaşdırırlar. Bu yaxınlarda yazıblar ki, qaçırdım Brilliantın qabağına, məni saymırdı. Belə bir şey olmayıb. Sadəcə insanlar həmişə eşidib ki, mən İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam da qaçsa, heç vaxt ola bilməz ki, salamını almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edəndirlər". - deyə xalq artisti bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.