Şou-biznes

İbrahim Borçalının atası niyə oğluna soyadını qadağan edib? - VİDEO

14 Dekabr 2021 15:24
0 Şərh     Baxış: 2 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni İbrahim Borçalı olub.

Milli.Az xəbər verir ki, sənətçi Borçalı ləqəbini atasının ona məsləhət gördüyünü deyib:

"Əmimim adı İbrahim olub. Atamgil 5 qardaş olub. Qardaşlardan biri atdan yıxılaraq, qalanı isə müharibədə rəhmətə gedib. Adı İbrahim olan əmim müharibəyə gedib və qayıtmayıb. Onun da səsi olub. Mənim də adımı İbrahim qoyublar. Deyirdilər ki, adını sənə qoyduq, səsi də sənə keçdi. Kaset çıxarmaq istəyəndə atama fikrimi dedim. Dedi ki, bala, çox gözəl fikirdir, amma Həsənov soyadını kənara qoy. İbrahim Borçalı ləqəbi sənə uğur gətirəcək. Bu boyda elin adını sən daşı, adına da ləqəb yaraşır. Atamın xeyir-duası mənə düşdü".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.