Şou-biznes

Türkiyəli müğənninin orqanları sıradan çıxır

11 Dekabr 2021 16:06
0 Şərh     Baxış: 1 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arıqlamaq üçün keçirdiyi əməliyyatdan sonra sürətli şəkildə çəki itirməyə başlayan türkiyəli tanınmış müğənni və aparıcı Sərən Sərəngilin vəziyyəti yenidən ağırlaşıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, xəstəxanaya qaldırılan müğənninin mədəaltı vəzi və qaraciyərinin fəaliyyətinin dayandırmaq üzrə olduğu müəyyənləşib.

Sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşan müğənni yenidən əməliyyat olunana qədər venadaxili qidalanmaya davam edəcəyini bildirib:

"Ağızdan qəbul etdiyim nə bir dərman, nə də qida orqanizmimə müsbət təsir edir. Ona görə də venadaxili qidalanmağım məsləhət edildi. Ötən gedə nəfəs ala bilmədim. Bu gün isə daha yaxşıyam. Dualarınız üçün təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.