Aktrisa Mine Tuqayı sosial şəbəkədə təhqir etməkdə təqsirləndirilən şəxs cərimələnib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa instaqramda ona təhqir, söyüş və şiddət dolu mesajlar göndərən Yusuf B. adlı şəxsi məhkəməyə verib.
O, "səsli, yazılı və ya video mesajla birbaşa şəxsi təhqir etmə" maddəsi ilə şəxsin 3 ay 15 gündən 2 il 4 ay müddətinə qədər həbs edilməsini istəyib. Təqsirləndirilən şəxs mesajların göndərildiyi hesabın ona aid olduğunu, lakin onun oğurlandığını əsas gətirərək ittihamı qəbul etməyib. Ötən gün baş tutan məhkəmənin qərarına əsasən müttəhim 5 min 400 lirə məbləğində cərimələnib.
Təqsirləndirilən şəxsin cinayət işləmədiyini nəzərə alan məhkəmə hökmün elan edilməsini təxirə salıb.
Milli.Az