Şou-biznes

Çağırışlara məhəl qoymadı, Ərəbistanda səhnəyə çıxdı

7 Dekabr 2021 03:45
0 Şərh     Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur müğənni Justin Bieber ölkədəki insan haqlarının pozulması səbəbi ilə ləğv edilməsi çağırışlarına baxmayaraq Səudiyyə Ərəbistanda konsert verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, 27 yaşındakı ulduzu "F1 Grand Prix" yarışı üçün təşkil olunan tədbirdə çıxış edərək bir neçə populyar mahnısını səsləndirib.

Müğənninin model xanımı Hailey Bieber də Justinin konsertindən paylaşım edərək ona dəstəyini göstərib.

Xatırladaq ki, jurnalist Cemal Kaşıkçının 2018-ci ildə Səudiyyə Ərəbistanın İstanbul səfirliyində öldürülməsindən sonra mərhumun nişanlısı Hatice Cengiz müğənniyə məktub yazaraq konserti ləğv etməsini istəyib.

O, bununla ölkədə müxalif səsləri öldürən rejimə güclü mesaj göndərəcəyini vurğulayıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.