Şou-biznes

Doğuş Xoşqədəmə üsyan etdi: “Sən necə anasan?!”

3 Dekabr 2021 03:35
0 Şərh     Baxış: 7 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyat yoldaşım 4 yaşı olanda onu anası tərk edib. Allah məni bununla üz-üzə qoydu. "Heç vaxt, heç vaxt demə" deyiblər, amma öz evimdə bununla rastlaşdım".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, bu barədə sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Səni axtarıram" proqramında danışıb. 

X.Hidayətqızı, anasının Doğuşu tərk etməsinin onda travma yaratdığını söyləyib:

"Doğuş bəyin indi öz övladlarına qarşı olan münasibətini görürəm. Üç gün öncə oğlum Arının qızdırması qalxmışdı, Doğuş mənə zəng vurub "Sən necə anasan?" deyib üsyan etdi. İlk dəfə mənə qəribə gəldi, sonra onun keçirdiyi həyatı xatırlayıb bir anlıq dayandım. O, ana sevgisi görməyib deyə fikirləşir ki, Arın böyüyəndə bu hadisəni necə xatırlayacaq, travmadır. Mən övladını atan anaları qəbul etmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.