Şou-biznes

“Az qala məni həbs edirdilər”- Xalq Artisti

2 Dekabr 2021 11:00
0 Şərh     Baxış: 4 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sovet dönəmində çap etdirə bilmədiyim yazılar var idi. Onlar bu gün də qalıb. İstəyirdim ki o zamanlar dərc edilsin. Sadəcə o dövrün tələbləri ilə düz gəlmirdi".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Üzə düz" proqramında qonaq olarkən Xalq şairi Baba Vəziroğlu deyib. O, ilk çap olunan kitabından söz açıb:

"Birinci kitabım Dövlət Təhlükəsizlik Komitəsində müzakirə olundu. Az qala məni həbs edirdilər. Orada bir yazıçı, bir akademik rəy yazdı. Dedilər ki, bu adamı cəmiyyətdən kənarlaşdırmaq lazımdır, anti-sovet təbliğatı ilə məşğuldur. O zaman görkəmli şəxsiyyət Bəxtiyar Vahabzadə məni müdafiə etdi. Bir məqalə yazdı, həm Ədəbiyyat qəzetində çap etdirdi, həm də o kitaba önsöz kimi  əlavə etdi. Dedi ki, onun arxasında mən dayanmışam. Ondan sonra hamı susdu. Haqqımda rəy yazan yazıçını bağışladım. Akademik rəhmətə gedib, yazıçı yaşayır. Biz onunla 30-40 il görüşdük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory