Seriallar

Ulduz futbolçu seriala dəvət aldı

24 Fevral 2021 15:44
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın müdafiəçisi Jerar Pike yerli seriallardan birində çəkilə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, aktrisa və rejissor Kandela Penya bununla bağlı arzusunu dilə gətirib.

O bildirib ki, ulduz futbolçuya "Puerto və Kamino" serialında rol almaq üçün təklif göndərib. Ancaq 34 yaşlı oyunçu hələlik cavabını verməyib: "Pikenin serialımda iştirak etməsini istərdim. Bu, epizodik rol olmaz, o, iki və ya üç bölümdə çəkilə bilər. Həyatda olduğu kimi, serialda da "Barselona" üçün futbol oynayacaq".

Qeyd edək ki, Jerar Pike müğənni Şakira ilə evlidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.