Seriallar

Nəsrin Cavadzadə "La Casa De Papel"ə çəkilir - FOTO

5 İyul 2018 23:41
2 Şərh     Baxış: 5 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cəbhəsindən dünyaca məşhur "La Casa De Papel" serialında rol alacağı ilə bağlı yayılan xəbərlərə münasibət gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aktrisanın meneceri Selin Kök bu barədə açıqlama verərək yayılan xəbərlərin doğru olduğunu deyib:

"Çıxan bəzi xəbərlər doğrudur. Danışıqlar davam edir. İlk görüşdən sonra gələn rəylər müsbətdir. İkinci görüşümüz də olacaq. Nəsrin 4-5 dil bilir. Bu da onu fərqləndirən cəhətdir.

Canlandıracağı obrazla bağlı açıqlama verməyim düzgün deyil. Bildiyiniz kimi o, keçən il də İspaniya istehsalı olan "El Desentierro" adlı filmdə rol almışdı və seriala seçilməsinin əsas səbəbi də bu filmdəki performansıdır".

Qeyd edək ki, Cavadzadənin serialda "İstanbul" obrazına həyat verəcəyi iddia olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.