Seriallar

Xankəndidə bir dəqiqəlik sükut… – FOTO

26 Dekabr 2024 13:38
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.

Milli.Az bildirir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.Dövlət bayraqları yarıyadək endirilib.

Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Təyyarə qəzasında həyatını itirmiş insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.