Zeytun Yağı Nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturunda maye olan, açıq yaşıldan sarıya dəyişən rəngdə, özünə xas dad və qoxusu olan, təbii olaraq istifadə olunan önəmli bir bitki mənşəli yağdır.
- Zeytun Yağının Çeşidləri
- Zeytun yağının sızma (Extra Virgin), riviera, rafinə və pomas (pomace) tipləri vardır. Sızma zeytun yağı mexaniki yolla zeytun meyvəsinin sıxılaraq əldə olunan yağa deyilir. Sızma zeytun yağı əsasən birbaşa qidalanmada və saladların, sousların hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki Sızma zeytun yağı vitaminlər və antioksidant maddələrlə zəngin olduğundan yemək bişirmə zamanı bu faydalı maddələr yüksək temperaturdan dolayı azalır, ona görə sızma zeytun yağının soyuq istifadə olunması tövsiyə olunur.
- Sızma zeytun yağı zeytun meyvəsinin yetişdiyi yerindən və yetişmə dövründən asılı olaraq rəng və dad fərqinə malik olur. Ona görə təkcə zeytun yağının rəngi keyfiyyət ölçüsü deyildir. Keyfiyyətli sızma zeytun yağını iylədiyin zaman ondan zeytun meyvəsinin iyinin gəlməsi lazımdır. Sızma zeytun yağı insan boğazını azacıq yandıra bilər, bu zeytun yağında olan faydalı antioksidant maddələrdir. Bu yanma nə qədər yüksək olarsa həmin zeytun yağının daha keyfiyyətli olduğunu göstərir. Buna bir misal olaraq, təbii balı da yediyimiz zaman, boğazda yanma hiss olunur. Ona görə zeytun yağında acılıq və yanma ona xas olan əlamətdir.
- Rafinə zeytun yağı, sərbəst yağ turşu miqdarı yüksək olan zeytun yağını (sızma zeytun yağına uyğun olmayan) rafinə edilərək əldə olunan yağdır. Rafinə zeytun yağında zeytunun qoxusu və dadı zəif olur və əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür.
- Riviera zeytun yağı isə rafinə olunmuş zeytun yağı ilə sızma zeytun yağının qarışığıdır. Riviera zeytun yağı isə saladların, sousların və əsasən yemək bişirmələrdə istifadə olunması məsləhət görülür.
- Pomas (pomace) zeytun yağı isə zeytun meyvəsindən yağ alındıqdan sonra zeytun küspəsində qalan yağı həlledici ilə ekstraksiyon edilərək ayrılan yağı daha sonra rafinə edilərək əldə olunur. Pomas zeytun yağı əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür. Zeytun yağının bütün çeşidlərinin faydalılığı günəbaxan və qarğıdalı yağından üstündür.
- Zeytun Yağının Saxlanması
- Zeytun yağı qaranlıq və sərin şəraitdə saxlanılmalıdır. Zeytun yağını soyuducuda da saxlaya bilərsiniz, bu zaman yağ bulanacaqdır və ya donacaqdır, bu xüsusiyyət zeytun yağına xas olan əlamətdir. Zeytun yağının bir nömrəli düşməni işıqdır. Buna görə Zeytun yağını işıqdan qorumaq lazımdır. Zeytun yağı günəş işığına məruz qaldığı zaman tərkibində olan antioksidant maddələr parçalanır. Zeytun yağı aldığınız zaman şüşə və tənəkə qablaşdırmada olan zeytun yağına üstünlük verməyiniz tövsiyə olunur.
- Müəllifdən son söz: Gəlin ölkəmizdə zeytun ağacların sayını artıraq və onları qoruyaq. Hər bir Azərbaycanlı zeytun ağacının əkilməsinə öz dəstəyini verməsi lazımdır. Düşünürəm ki, bu bizim gələcək nəsil üçün bir borcumuzdur.
Qida məhsulları üzrə araşdırmaçı mütəxəssis:
Tural Babayev
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır





