Ramazan ayını sağlam keçirmək üçün imsak vaxtı ən azı iki porsiya təzə və ya quru meyvə istehlak etmək lazımdır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Özden Örkçü bildirib ki, tərkibində daha çox triptofan amin turşusu olan qidalar iştahı azaldır və immunitet sistemini qoruyur.
Onun sözlərinə görə, imsak vaxtı mütləq banan, avokado və meyvə qurusu istehlak edilməlidir:
"Həmçinin noxud, fıstıq və lobya kimi albuminlə zəngin qidaları qəbul edərək iştahınızı azalda bilərsiniz. Əgər, imsak vaxtı çay içməyi sevmirsinizsə darçınlı süd içmək daha məsləhətlidir".
Milli.Az