Sağlam qida

DİQQƏT! Bayramda şirniyyatları bu cür saxlayın – Mütəxəssis AÇIQLADI

12 Mart 2023 22:50
Baxış: 5 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəkərbura və paxlava riskli, kremdən hazırlanmayan məhsullar olmadığı üçün bu cür məhsulların saxlanma müddəti uzundur". 

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu məhsulların saxlanma şəraiti elə olmalıdır ki, onların keyfiyyəti aşağı düşməsin:

"Şəkərbura və paxlavanı quru və sərin şəraitdə saxlamalıyıq. Əgər, soyuqda saxlasaq, sulanacaq, dadında dəyişikliklər olacaq. Bu kimi şirniyyatları çox vaxt parçalara və ya bezlərə büküb saxlayırlar. Ən yaxşı halda bu məhsullar 3 gün ərzində istehlak edilməlidir. Şəkərbura və paxlavadan başqa tərkibində süd məhsulları olan şirniyyatlar otaq temperaturunda saxlanılmamalıdır. Çünki bu məhsullar birbaşa çirklənməyə məruz qala bilər. Süd məhsulları ilə hazırlanmış şirniyyatların soyuducuda mühafizə olunması daha məqsədəuyğundur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.