Sağlam qida

Badamın faydaları – Gündə 4 ədəd yesəniz...

8 Mart 2023 07:18
Baxış: 12 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər hər gün 4 ədəd badam yesəniz, nəticəsinə özünüzə heyran qalacaqsınız.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, badamın tərkibində B vitaminləri qrupu ( B1, B2, B3, B4, B5, B6 ,B9) və E vitamini var.

Badam ürək və qan damarları üçün faydalıdır, tərkibində çoxlu doymamış yağlar, amin turşular, minerallar və E vitamini ilə aktivləşdirilən bitki flavonoidləri ilə zəngindir.

Fındıq və paxlalılar pəhrizin əvəzsiz tərkib hissəsidir, onlar sizi enerji və sağlamlıqla doldurur.

Gündə cəmi 4 qoz-fındıq yeyirsinizsə, nəinki fiziki vəziyyətinizi yaxşılaşdıracaqsınız, həm də gün ərzində gümrah saxlayacaq.

Ürək xəstəliyinin qarşısı alınmasında badamın öz əhəmiyyəti var. Badamın tərkibindəki maqnezium, kalium, mis və əsas yağ turşuları ürəyin normal fəaliyyətini dəstəkləyir. Ürək-damar xəstəlikləri riskini azaltmaq və yüksək xolesterol səviyyələrini normallaşdırır.

Dərinin cavan qalmasına vitamin E təsir edir. dərinin qocalmasının qarşısını alır və tonunu bərabərləşdirir. Bu, kollagenin istehsalında iştirak edən marqaneslə bağlıdır .

Badam yuxunu normallaşdırır. Əhval - ruhiyyəni yüksək saxlayır. Həmçinin həzm prosesini normallaşdırır. Mədə-bağırsaq traktında baş verən toksik prosesləri azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.