Sağlam qida

Gözlərə faydalı olan QİDALAR

6 Mart 2023 07:17
Baxış: 2 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkim dietoloq Anastasiya Yefremova insanın görmə qabiliyyətini yaxşılaşdıran, gözlərə faydası olan məhsullar barədə danışıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, həkim sink, antioksidant, vitamin və mineralların, Omeqa 3 yağının, xüsusilə  A, C, E vitaminlərinin gözlərdə katarakt riskini azaltdığını və yaşla əlaqədar yaranan makulyar degenerasiyanın qarşısını aldığını bildirib.

O qeyd edib ki, həmin maddələri qida əlavəsi kimi yox, elə ərzaq məhsullarından almaq daha faydalıdır.

Həkim yerkökü, bolqar bibəri, şaftalı, ispanaq, yemiş, manqo, şirin kartof, brokkoli, kələm, pomidor, qarğıdalı, portağal və yumurtada gözü qidalandıran maddələrin çox olduğunu bildirib.

"Qırmızı ət, quş əti, paxlalı bitkilər, qoz sinklə zəngindir. Onları yemək sözün həqiqi mənasında gözə işıq gətirir", deyə həkim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.