Sağlam qida

Balqabaq toxumunun cinsi həyata təsiri

4 Mart 2023 21:56
Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rusiyalı dietoloq Mixail Ginzburqun fikrincə, balqabaq tumları sink tərkibinə görə günəbaxan tumlarından daha üstündür. Onun fikrincə, zəngin sink mənbəyi kimi balqabaq tumları intim həyata müsbət təsir edir, keyfiyyətini artırır.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, sink kişi və qadın reproduktiv orqanlarının normal fəaliyyəti üçün lazımdır. Xüsusən də kişilər üçün vacibdir.

Balqabaq tumlarının tərkibində olan sink kişi orqanizminə testosteronun lazımi səviyyəsini saxlamağa kömək edir, kişilərin sperm məhsuldarlığını artırır.

Bundan əlavə, bu mikroelement orqanizmi virus infeksiyadan qorumaqda mühüm rol oynayır və sink hüceyrə membranlarına xüsusi təsir göstərir.

Balqabaq toxumlarında selenium kimi vacib element də var.ş Onun orqanizmdə çoxluğu xroniki ürək-damar patologiyası olan insanlarında daha uzun ömür sürməsiməsinə kömək edir.

Həmçinin balqabaq tumu diabetin və artritin dərmanıdır.

Həkim məsləhət görür ki, balqabaq tumlarını bir və ya iki xörək qaşığı qəbul etmək lazımdır. Həftədə beş dəfə yeyilməsi vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.