Rusiya

Məşhur teleaparıcı baş prodüser vəzifəsindən getdi - Daha yüksək post tutdu

8 Sentyabr 2021 14:07
0 Şərh     Baxış: 4 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur teleaparıcı Tina Kandelaki Match TV-nin baş prodüseri vəzifəsindən istefa verib.

Milli.Az xəbər verir ki, "Qazprom-Media" holdinqinin baş direktor müavini vəzifəsini tutan Kandelaki ilə bağlı xəbəri sports.ru yayıb. "Bu təyinat, şübhəsiz ki, böyük məsuliyyətdir. Yüksək rəqabət şəraitində fəaliyyət göstərən holdinqimiz qarşısında çox iddialı vəzifələr durur" - deyə Kandelaki təqdimatını şərh edərkən bildirib.

Holdinqin yeni direktor müavini qeyd edib ki, "Qazprom-Media"nın baş direktoru Aleksandr Jarovun təklifi onun üçün sürprizdir. Televiziya aparıcısı ona verilən yeni vəzifələri uğurla həll etmək üçün hər cür səy göstərəcəyinə söz verib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.