Rusiyada dəhşətli yanğın: ölənlərin sayı 64-a çatdı - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
26.03.2018
12:52
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
Milli.Az Ria Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. O, bunun son rəqəm olduğunu söyləyib.
----------
12:25
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.
Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat veriblər.
Komitənin məlumatına görə, yanğının başladığı andan etibarən 44 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 10 nəfər hələ də xəstəxanada qalır.
---------
11:31
Bu dəqiqələrdə Rusiya mənbələrinin verdiyi məlumata görə, Kemerovoda dünən yanğın baş vermiş ticarət mərkəzinin tavanı uçub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, uçqunun 1500 kvadrat metrlik sahəni əhatə etdiyi əlavə olunur.
----------
10:00
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
-----------
08:18
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
Trend bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
----------
07:48
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, son məlumatlara əsasən, hadisə nəticəsində 37 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
---------
07:45
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 47-yə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl 20 nəfərin xəsarət aldığı bildirilirdi.
Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 12-si uşaq olmaqla 37 nəfər həlak olub, 64 nəfər itkin düşüb. İtkin düşənlər arasında azı 41 uşaq var.
----------
03:24
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya Vişnya" ("Qış Albalısı") ticarət mərkəzində baş verən yanğında azı 9 uşaq həlak olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Kemerovo vilayəti üzrə FHN-nin baş idarəsinin rəis müavini Boris Dedyuxin bildirib.
Son məlumatlara əsasən, yanğın nəticəsində 37 nəfər həlak olub, 64 nəfər isə itkin düşüb.
----------
00:50
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "İnterfaks" agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
---------
00:40
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.
----------------
25.03.2018
23:55
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yaralıların sayı 43 nəfərə çatıb. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir. Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.
Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir.
---------
23:43
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı isə 43 nəfər qədər artıb.
----------
23:39
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində 69 nəfər itkin düşüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, itkin düşənlərin 40-u uşaqdır.
Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın baş verib. "TASS"ın məlumatına əsasən, yanğın nəticəsində 7 nəfər həlak olub, 30-dan artıq insan xəsarət alıb.
----------
23:21
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 30-dan artıq insana tibbi yardım tələb olunub, onlardan 20-si hələdə xəstəxanalarda qalır.
Bildirilir ki, yaralılardan 2-nin vəziyyəti ağırdır, biri isə reanimasiyadadır.
----------
21:45
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.
Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində 5 nəfərin öldüyü təsdiqlənib, 30 nəfər xəstəxanaya yerləşdirilib.
----------
20:09
Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, yanğın zamanı üç qadın, bir uşaq və bir kişi həyatını itirib, 32 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl yanğında üç uşaq və bir qadının öldüyü barədə məlumat yayılmışdı.
Yanğının başvermə səbəbi araşdırılır.
---------
16:23
Kemerovoda yerləşən "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında dörd uşaq həlak olub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə regionun Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Uşaqlar yanan maddələrin tüstüsündən vəfat edib.
Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğın yuxarı mərtəbədə başlayıb. Belə ki, həmin mərtəbədə kino zal və uşaq oyun meydanları yerləşir.
20 nəfər xilas edilib. 100 nəfər isə təxliyyə olunub.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
Rusiyada bu hava limanı yenə bağlandı
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
XƏBƏR LENTİ
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Qızıl bahalaşdı
-
Maaşda Bakını üstələyən rayon və şəhər açıqlandı





