Rusiya

Sankt-Peterburqda iki nəfərdə meymunçiçəyi virusu aşkarlanıb

16 Fevral 2026 10:12
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Həkimlər onları şəhər klinikalarından birinə hospitalizasiya ediblər.

Milli.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Məlumata görə, pasiyentlərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd olunur ki, meymunçiçəyi kimi tanınan xəstəlik yoluxmuş insan və ya heyvanla birbaşa fiziki təmas zamanı ötürülür. Əsas risk mümkün fəsadlar, o cümlədən dəri infeksiyaları, pnevmoniya və sepsisdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ilin yanvarından 2024-cü ilin noyabr ayının sonunadək dünyada meymunçiçəyi infeksiyası üzrə 117663 yoluxma halı qeydə alınıb.

Mütəxəssislər bildiriblər ki, ən mürəkkəb epidemioloji vəziyyət Afrika qitəsində qalır. Konqo Demokratik Respublikası, Burundi və Uqandada genişmiqyaslı yoluxma dalğaları müşahidə olunub.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.