Rusiya "Teleqram"ı hissə-hissə bloklamağa başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə RBK iki mənbəyə istinadla məlumat yayıb.
"Bu gündən etibarən, "Roskomnadzor" tətbiqin fəaliyyətini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır", - mənbə bildirib.
Başqa bir mənbə isə nəşrə vurğulayıb ki, Teleqramın işini yavaşlatmaq üçün tədbirlər artıq görülür.
Qeyd edək ki, VK-nın (Vkonakte) tətbiqi səhmləri teleqramın bloklanması xəbərlərindən sonra 3% dəyər qazanıb.
Milli.Az





