Rusiyada "Telegram" bloklanacaq

10 Fevral 2026 15:52

Rusiya "Teleqram"ı hissə-hissə bloklamağa başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə RBK iki mənbəyə istinadla məlumat yayıb.

"Bu gündən etibarən, "Roskomnadzor" tətbiqin fəaliyyətini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır", - mənbə bildirib.

Başqa bir mənbə isə nəşrə vurğulayıb ki, Teleqramın işini yavaşlatmaq üçün tədbirlər artıq görülür.

Qeyd edək ki, VK-nın (Vkonakte) tətbiqi səhmləri teleqramın bloklanması xəbərlərindən sonra 3% dəyər qazanıb.

Milli.Az