Rusiya ölkədə "narkotik qaçaqmalçılığı"na görə saxlanılan daha bir ABŞ vətəndaşı Kalob Bayersi azad edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə onun valideynləri feysbukda məlumat veriblər.
Qeyd olunub ki, həmin şəxsin hazırda ABŞ-ın Moskvadakı səfirliyinin ərazisindədir və evə uçmasını gözləyir.
Qeyd edək ki, 28 yaşlı Kalob Bayers fevralın 7-də Moskvanın Vnukovo hava limanında nişanlısı rusiyalı Naida Mambetova ilə birlikdə saxlanılıb. ABŞ vətəndaşının baqajından tərkibində marixuana olan konfet aşkar edilib. Bayersin valideynləri bildiriblər ki, tərkibində C vitamini, melatonin və kannabidiol olan çeynənən konfetlər epileptik tutmalar zamanı qıcolmaları müalicə etmək üçün həkim tərəfindən təyin edilib.
Milli.Az