Rusiya

O qadının sözləri Putini gözlərini yaşartdı – VİDEO

8 Mart 2025 13:18
Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025.03.07 15:40   Dünya, Özəl   Rusiya Vladimir Putin + -[putin uzgun 2025]

Rusiya Prezidenti Vladimir Putinin ötən gün Ukrayna müharibəsində həlak olanların ailələri ilə görüşü zamanı emosiyalarını gizlədə bilməməsi maraq doğurub. 

Milli.Az xəbər verir ki, Rusiya prezidentinin Vətən Müdafiəçiləri Fondunun nümayəndələri və benefisiarları ilə görüşü zamanı təşkilatın əməkdaşı, həlak olan əsgərlərdən birinin anası Olqa Jmixova oğlunun şücaətindən danışıb.

Jmixova bildirib ki, oğlu ayrıca xüsusi təyinatlı diviziyasının tərkibində tapşırıqları yerinə yetirərkən həlak olub. O, övladının cəbhədəki fəaliyyətindən söhbət açıb. Vladimir Putini qadını dinləyərkən kövrəlib, gözləri yaşarıb.

Rusiya prezidenti əsgərin anasının çıxışından sonra dərindən nəfəs alaraq onunla söhbətə başlayıb.

"Şərh bildirmək mənim üçün çətindir. Uşaqların hamısı qəhrəmandırlar, nə deyə bilərəm. Onlar öz döyüş yoldaşlarının həyatlarını xilas etmək üçün şüurlu şəkildə ölümə gediblər. Bütün ölkələrdə qəhrəmanlıqlar olur, amma belə bir hal yalnız Rusiyada yaşana bilər", - Putin qeyd edib. /Globalinfo.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.