Dünya

Məşhur aşpaz Azərbaycan mətbəxinə müraciət etdi - VİDEO

12 Mart 2025 06:19
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.

Milli.Az xəbər verir ki, aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə xingəlin hazırlanmasını təqdim edib. 

Onun bu paylaşımına dörd gün ərzində 17 minə yaxın bəyənmə gəlib. Video 500 min şəxs tərəfindən izlənilib. 

Qeyd edək ki, Con 7 yemək kitabının müəllifidir. O, bir çox yemək proqramında aparıcılıq edib. Con kanallarında müntəzəm resept videoları yerləşdirir. (Axşam.az)


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.