Hadisə

Bakıdakı məşhur bazar yandı - VİDEO

12 Mart 2025 08:35
Baxış: 6 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Dərnəgül" taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.