Məktubunda da onun adını çəkmişdi... - 2 il sonra həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) ölümünə görə barəsində cinayət işi açılmış Elxan Şıxıyev həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü E.Şıxıyev Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri (Özünü öldürmə həddinə çatdırma, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Gülsümlə Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Belə ki, Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib. O, həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Qadın daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsilə polis şöbəsinə dəvət edilib.
Lakin Gülsüm polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək autoaqressiv vəziyyətdə yaşadığı İsmayıllı rayonundakı evdə özünü asıb.
Bildirilir ki, Gülsüm həmin ərəfədə yaşadıqlarına görə mənəvi-psixoloji asılılıq vəziyyətində olub. Elxan Gülsümün aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, ondan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıb.
Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb: "Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən... Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. İş yerimə gəlib basdı. Sizi çox sevirəm. Əlvida".
Kağızın arxa hissəsinə isə "Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı", - sözləri də qeyd edilib.
İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün ölümündən 2 gün sonra gecə saat 23 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölməsi xəbərinə inanmadığından evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər qışqırıblar və Elxanı tutublar. Onlar polis çağıraraq Elxanı təhvil veriblər.
Lakin ibtidai və məhkəmə istintaqı müddətində Elxan Şıxıyev polis nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb ediblər.
İsmayıllı Rayon Məhkəməsinin 4 mart tarixli hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: “Biz onları demək olar ki, havayı əldə etdik”
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)





