Rusiya

Rusiyada zəlzələ oldu

4 Fevral 2025 11:40
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Rusiya regionunda seysmik hadisə çərşənbə axşamı, fevralın 4-də yerli vaxtla saat 06:06-da (Bakı vaxtı ilə saat 00:06-da) qeydə alınıb.

Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.

Bölgə üçün sunami təhlükəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.