Rusiya

Yeni il "yolka"sı bəzəyirdi - faciəli şəkildə öldü

10 Dekabr 2024 17:14
Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhər sakini evdə yolka bəzəyərkən dünyasını dəyişib.

Milli.Az yerli mediaya istinadla bildirir ki, zərərçəkən Kollontay küçəsindəki mənzildən Aleksandr xəstəxanasına yerləşdirilib. Həkimlər 51 yaşlı xəstəyə kəllə-beyin travması diaqnozu qoyublar. Onu xilas etmək mümkün olmayıb. Kişi tibb müəssisəsinə gətirildikdən 50 dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanları ilə söhbəti zamanı bildirib ki, əri yeni il yolkasını bəzəyərkən yıxılıb, nəticədə başı radiatora dəyib. /Lent.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.