Bu ay Rusiyanın paytaxtı Moskvada 1879-cu ildən bu yana qeydə alınan ən isti sentyabr olacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Moskvanın Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova açıqlayıb.
Onun sözlərinə görə, bu ay ərzində paytaxtda havanın orta temperaturu müsbət 17,3 dərəcə təşkil edib ki, bu da normadan 5 dərəcə çoxdur: "Son 5 gün ərzində sinoptik vəziyyətin necə olmasından asılı olmayaraq, cari ilin bu ayı 1879-cu ildən bu yana ən isti sentyabr olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun