Rusiya

Rusiya MN - Kursk istiqamətində döyüşlər davam edir

9 Avqust 2024 13:06
Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna ordusu ilə döyüşlərin davam etdiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, açıqlamada sutka ərzində "Şimal" qruplaşmasının Ukrayna qüvvələrinin ölkənin dərinliklərinə doğru irəliləməsinin qarşısını aldığı bildirilib.

Məlumatda deyilir ki, nəticədə Ukrayna tərəfinin itkiləri 280 nəfər canlı qüvvə və 27 ədəd hərbi texnika təşkil edib.

Ümumilikdə, Kursk istiqamətindəki döyüşlər zamanı Ukrayna ordusunun 945 hərbçisi öldürülüb, 102 zirehli texnikası zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.