Putinin Ukrayna ilə bağlı yeni planı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aydın məsələdir ki, belə çıxışlarla Rusiya Ukraynada hakimiyyət daxilində çat yaratmaq istəyir.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Vladimir Putinin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı Zelenskinin hakimiyyətinin qeyri-legitimliyi haqqında sözləri barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Moskvanın Kiyevdə hakimiyyət daxilindəki boşluqlardan yararlanmaq niyyətində olduğunu bildirib:
"Artıq Ukraynada prezident seçkilərinin vaxtı keçib və yəqin ki, qarşıdakı yaxın müddətdə müharibə ilə əlaqədar seçkinin keçirilməsi təxirə salınacaq, Zelenskinin səlahiyyət müddəti uzanacaq. Ancaq seçkilər keçirilsə, Rusiyaya yaxın birinin hakimiyyətə gəlmə ehtimalı var. Yaxud da daxildə çaxnaşma, fikir ayrılıqları yaransa, Ali Radanın sədri və ya baş nazir mövcud prezidentin öz legitimliyini itirdiyini, hakimiyyəti öz əlinə aldığını bildirə bilər. Vladimir Putin verdiyi açıqlamalar zamanı hər iki ehtimalı nəzərə alıb".
Turab Rzayev Rusiyanın ona qarşı ikinci cəbhə açılmadan özünə sərfəli sülh şərtləri formalaşdırmaq istədiyini vurğulayıb:
"Digər tərəfdən ABŞ başda olmaqla Qərb ölkələrinin Ukraynanı yeni silah sistemləri, qırıcı təyyarələr ilə təmin etmək mərhələsi başlayıb. Zelenskinin Normandiyadakı anım mərasiminə çağırılması da təsadüfi deyil. Məqsəd Rusiyaya qarşı başlayacaq yeni hücumu ikinci cəbhənin açılmasının əhəmiyyəti ilə eyniləşdirmək, buna tarixi və mənəvi baxımdan zəmin hazırlamaqdır. Yəni əslində Normandiya əməliyyatının 80-ci ildönümü ilə bağlı keçirilən tədbiri həm də Ukrayna müharibəsində başlayacaq yeni mərhələnin təqdimat mərasimi kimi də dəyərləndirə bilərik. Əlbəttə, Rusiya da qarşıdan gələn bu təhlükəni görür, tezliklə qazandıqlarını, nüfuzunu itirmədən sərfəli şərtlərlə sülh müqaviləsini imzalamaq istəyir. Lakin Zelenski ilə indiki mərhələdə razılaşma əldə etmək mümkün deyil. Çünki bir dəfə İstanbulda belə razılıq əldə edildi, lakin İngiltərənin keçmiş baş naziri Boris Consonun birbaşa müdaxiləsi ilə onu reallaşdırmaq mümkün olmadı. İndi də razılıq əldə olunsa belə, oxşar hadisə yaşana bilər. Ona görə də Zelenskinin iqtidardan getməyini istəyirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
-
Rusiyada güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)





