Rusiya

Xəbər agentliyinin prodüserinin HƏBS EDİLMƏ ANI - VİDEO

28 Aprel 2024 17:20
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Basmannı məhkəməsi "Reuters" xəbər agentliyinin prodüseri Konstantin Qabovu "NavalnyLIVE" "YouTube" kanalında materiallar dərc etdiyinə görə həbs edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Reuters" xəbər agentliyinin xəbər xidmətinin prodüseri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (ekstremist birlikdə iştirak) ittiham olunur. K. V. Qabov "NavalnyLIVE" "YouTube" kanalında yayımlanmaq üçün videomateriallar, fotoların hazırlanmasında iştirak edib. Məhkəmə onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.