Rusiya

“Krokus Siti”də terakt Kiyevə niyə lazımdır? - Markov

24 Mart 2024 10:12
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Krokus Siti Holl"da baş verən terror aktı Kiyevin ən mühüm problemini - külli miqdarda silah və pul tədarükü və NATO qoşunlarının Ukrayna ərazisinə daxil olmasını həll edir. Necə qərar verir? Terror aktının islami izinə görə.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov bölüşüb.

Onun sözlərinə görə, ukraynalıların planı terror aktının təşkilatçısı ilə bağlı Rusiya və Qərbin əks versiyalarına nail olmaqdır:

"Rusiya Ukraynanı terror aktında günahlandırır və Ukraynanın iri şəhərlərinə və qərar qəbuletmə mərkəzlərinə cavab zərbələri endirir. Qərb hücumda islamçıların günahkar olduğunu, Rusiyanın Ukraynaya qarşı cinayətlərinə haqq qazandırmaq üçün terror aktının saxta versiyasından istifadə etdiyini bildirir. Və hətta Rusiyanın özünün Ukraynaya qarşı sərt üsullarına haqq qazandırmaq üçün bu terror aktını təşkil etdiyi deyilir.

Bu fonda Qərbdə eskalasiya tərəfdarları eskalasiya əleyhdarlarının müqavimətini qırıb, xeyli silah və pul vermək, hətta öz qoşunlarını Ukraynaya göndərmək barədə qərarlar qəbul edirlər".


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.