Rusiya

Hər kəs bu fotodan danışır: Dünyanın dilinə düşən səhv

11 Mart 2024 20:29
Baxış: 15 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels şahzadəsi Keyt Middltonun fotosu agentliklər tərəfindən "manipulyasiya" səbəbilə geri götürülüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Britaniya kralı III Çarlzın oğlu Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton yanvar ayında qarın nahiyəsindən əməliyyat olunub. Onun iki aydan sonra ilk dəfə fotosu mətbuatda yayılıb.

Lakin foto yayılanda böyük qalmaqal yaranıb. İngiltərədə Analar Günü üçün Kensinqton Sarayından təqdim edilən Keyt Middlton və uşaqlarının yer aldığı şəkil, "redaktə edilməsi" səbəbi ilə beynəlxalq xəbər agentlikləri tərəfindən yayımdan çıxarılıb.

AFP fotosu abunəçilərinə xidmət etdiyi sistemdən silinsə də, onun surəti internetdə yayılmağa başlayıb. Şəkili araşdıran mütəxəssislər bir çox nöqtədə redaktə izlərini aşkar ediblər.

Fotonun taxtın varisi və Keytin əri şahzadə Uilyam tərəfindən çəkilməsi ilə bağlı məlumatlar da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.