Rusiya

Özbəkistanın səfiri Rusiya XİN-ə çağırıldı

14 Fevral 2024 20:00
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Özbəkistan Milli Media Assosiasiyasının sədri Şerzodxan Kudratxojanın bəyanatları olub.

"Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur. Rusiya Federasiyası gözləyir ki, Özbəkistan Xarici İşlər Nazirliyi Kudratxojanın bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Şerzodxan Kudratxoja 1966-cı il zəlzələsindən sonra Daşkəndə gələn rusların hələ də özbək dilini öyrənməmələrini tənqid edərək deyib ki, onlar seçim etməlidirlər, axmaqdırlar yoxsa, istilaçı.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.