Rusiya

Putinin müttəfiqinin övladlığa götürdüyü uşaq görün kim imiş

25 Noyabr 2023 13:20
Baxış: 2 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BBC-nin "Panorama" proqramının açıqladığı sənədlərə görə, Vladimir Putinin əsas siyasi müttəfiqi Ukraynada uşaq bağçasından gətirilən uşağı övladlığa götürüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Rusiyada siyasi partiyanın 70 yaşlı lideri Sergey Mironovun adı hazırda 2022-ci ildə iki yaşlı qızı övladlığa götürülməsində hallanır.

Qeydlərdə isə uşağın şəxsiyyətinin Rusiyada dəyişdirildiyi göstərilir. Əsl adı Marqarita olan uşaq Rusiya qüvvələrinin Xerson şəhərini nəzarətə götürdüyü zaman Regional Uşaq Körpələr Evindən yoxa çıxan 48 uşaqdan biri olub.

Ukrayna hökumətinin məlumatına görə, 2022-ci ildə işğal başlayandan bəri Rusiya qüvvələri 20 minə yaxın uşağı qaçırıb. Bu ilin əvvəlində Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prezident Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqları öz ölkələrindən birdəfəlik çıxarmaq məqsədi ilə Rusiyanın nəzarətində olan ərazilərə qanunsuz apardığı iddiası ilə həbs qərarı çıxarıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.