Rusiya

"Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyirlər"

12 Noyabr 2023 17:38
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb ölkələri Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalında "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.

"Qərbin bununla bağlı öz maraqları var. Onlar bəzi ölkələrlə öz maraqlarına görə dostluq edir, Rusiyanı müəyyən bölgələrdən sıxışdırıb çıxarmağa çalışırlar. Biz bu siyasətin perspektivli olduğunu düşünmürük", - Kreml nümayəndəsi qeyd edib.

Peskov bu açıqlaması ilə Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana son səfərinə eyham vurub. Belə ki, Putinin sözçüsü Qazaxıstanın Rusiyadan asılı olmamasını Qərbin diqqətinə çatdırmaq üçün bu sözləri əlavə edib: "Astana Moskvanın strateji müttəfiqidir, lakin ikitərəfli münasibətlərdə heç kim heç kimə nəyisə məcbur etmir və ya diktə etmir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.