Rusiya

Məktəblilər arasında DAVA: Bir şagirdin vəziyyəti AĞIRDIR

12 Noyabr 2023 14:29
Baxış: 2 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində məktəbdə şagirdlər arasında dava olub.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Xarkovskaya küçəsində yerləşən məktəbdə baş verən davada şagirdlərdən biri ağır yaralanıb. Yeniyetmə qarnının küt travması ilə xəstəxanaya yerləşdirilib, oğlana böyrək və dalağın əzilməsi diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Yeniyetmənin polisə verdiyi məlumata görə, o, tənəffüs zamanı 15 yaşlı 8-ci sinif şagirdi ilə dava edib və həmin  məktəbli onun qarnına yumruqla vurub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.