Krasnoyarskda kişi arvadını qətlə yetirib.
Milli.Az lent.az-a istinadən bildirir ki, 80 yaşlı Krasnoyarsk sakininə qarşı cinayət işi açılıb. Dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
İstintaqın məlumatına görə, noyabrın 7-nə keçən gecə cütlük qısqanclıq zəminində mübahisə edib və ər 77 yaşlı arvadının döş qəfəsindən bir neçə bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun