Rusiya

Kremldən Mahaçqalada baş verənlərə REAKSİYA

30 Oktyabr 2023 16:28
Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kreml dünən Mahaçqalada baş verən hadisələri şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, xarici müdaxilənin, o cümlədən informasiya müdaxiləsinin nəticəsidir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Peskov həmçinin bildirib ki, bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində geniş toplantı keçiriləcək.

"Rusiya prezidenti Vladimir Putin bu gün Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etmək məqsədilə görüş keçirəcək", - Peskov qeyd edib.

İclasda ölkənin bütün rəhbərliyinin iştirak edəcəyi bildirilir. Rusiya prezidentinin mətbuat katibi Mahaçqala hadisələrinin iştirakçılarına qarşı görülə biləcək tədbirləri şərh etməyib, görüşü gözləməyi təklif edib.

Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla, 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.