Rusiya

Rusiyada məktəbli olan terrorçu saxlanıldı

10 Oktyabr 2023 14:52
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Krasnoyarsk şəhərində yerli bazarda terror aktı törətməyə hazırlaşan 16 yaşlı oğlan saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məktəblinin şəhərin Kirov rayonundakı bazarda təxribat törətməyi planlaşdırdığı vurğulanıb.

"Onun terror fəaliyyətini həyata keçirmək üçün təlim keçməsindən şübhələnmək üçün də əsaslarımız var. O, internet vasitəsilə partlayıcı qurğuların toplanması imkanlarını fəal şəkildə araşdırıb, bunun üçün axtarış sistemlərindən biri vasitəsilə kitablar yükləyib", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.