Rusiya

Rusiyanın nə əldə edəcəyindən əmin deyiləm - Vuçiç

11 Avqust 2023 13:35
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kollektiv Qərb Rusiyanı Ukraynada döyüş meydanında bütün gücü ilə məğlub edə bilməyəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Hər halda Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. Amma mən Rusiyanın döyüş meydanında, xüsusən də siyasi baxımdan nə əldə edə biləcəyindən əmin deyiləm. Ona görə də ən yaxşısı qısa zamanda hansısa atəşkəsə nail olmaq olardı", - Vuçiç söyləyib.

Onun sözlərinə görə, o, ərəb ölkələrindən Moskva və Kiyev arasında danışıqlara dair təşəbbüsləri diqqətlə izləyir.

Vuçiç bildirib ki, atəşkəs həm də "ikinci mandat almaq istəyən" ABŞ Prezidenti Co Baydenin maraqlarına cavab verir:

"Əgər o, müharibənin başa çatmasında iştirak edə bilsəydi, əksəriyyət buna görə ona minnətdar olardı. İqtisadiyyat dərhal çiçəklənər, maaşlarımız və pensiyalarımız daha sürətlə artar, enerji qiymətləri kəskin şəkildə düşər, hər şey başqa cür olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.