Rusiya

İki uşağı öldürməklə hədələyən Rusiya sakinindən təhdid məktubu: Bir neçə məhkəmə binası minalanıb

4 İyun 2023 05:27
Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kemerovo vilayətində rayon məhkəməsinə naməlum şəxs tərəfindən təhdid məktubu daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktubda naməlum Kemerovo sakini bildirib ki, guya o, bir neçə şəhər məhkəmə binasını minalayıb və buna görə 1,3 milyon rubl tələb edib. Həmçinin şərtləri yerinə yetirilmədiyi təqdirdə iki uşağı öldürməklə hədələyib.

Bu barədə Kemerovo vilayəti məhkəmələrinin birgə mətbuat mərkəzindən məlumat verilib.

"Kemerovo vilayətinin rayon məhkəməsinə binaların minalanması ilə bağlı eyni məzmunlu bir neçə məktub daxil olub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Eyni zamanda naməlum şəxs öz məktubunda Kemerovonun hansı məhkəmələrini minaladığını deməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.