Rusiya

Lavrov xarici səfərə bu dəfə fərqli geyimdə getdi - FOTO

17 Aprel 2023 20:00
Baxış: 1 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Braziliyaya rəsmi səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı və səfərin fotolarını Rusiya XİN öz tviter hesabında paylaşıb.

Lavrovun sözügedən səfərə rəsmi geyimdə deyil, cins şalvar və idman ayaqqabısı ilə yollanması sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, rusiyalı nazirin bütün tədbirlərə rəsmi geyimdə qatılması fonunda onun bu səfərə qeyri-rəsmi formada yollanması müzakirələrə səbəb olub.

Xatırladaq ki, S.Lavrov 2016-cı ildə Monqolustana səfəri zamanı da qeyri-rəsmi geyimə üstüllük verib. O, bu zamanda öz seçiminə görə müzakirələrin mərkəzində yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.